Bakının Nizami rayonunda yeniyetməyə qarşı soyğunçuluq edilib.
Bizim.Media xəbər verir ki, naməlum şəxs zərərçəkənin əlində olan, dəyəri 1750 manat təşkil edən "iPhone 16" mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb.
Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 18 yaşlı İbrahim Əbilov müəyyən edilərək saxlanılıb.
Onun ələ keçirdiyi mobil telefonu metronun “20 Yanvar” stansiyasının yaxınlığında satdığı da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:16 / 06.08.2026
Uşağın əlindən "iPhone 16"sını alıb "20 Yanvar"da satdı - VİDEO
Hazırda oxunan: Uşağın əlindən "iPhone 16"sını alıb "20 Yanvar"da satdı - VİDEO
Hazırda oxunan: Uşağın əlindən "iPhone 16"sını alıb "20 Yanvar"da satdı - VİDEO
629673
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































