Rus tankları Ukraynaya girdi

Hazırda oxunan: Rus tankları Ukraynaya girdi

67413
"Hərbi kəşfiyyatımızın verdiyi məlumata görə, Rusiyadan Ukraynaya canlı qüvvə və hərbi texnika girib"

ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna baş naziri Arseni Yatsenyuk açıqlama verib.

Baş nazir məsələni Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi ilə müzakirə etdiyini bildirib.

"Bu dəqiqələrdə mən MTMŞ-nın katibi ilə danışdım. Ukrayna hərbi kəşfiyyatı Rusiya ərazisindən Ukraynaya canlı qüvvə və xeysli sayda hərbi texnika keçdiyini təsdiqləyib. Ukraynaya keçən hərbçilər və texnika Rusiya ordusuna məxsusdur. Tanklar, Qaubiça, "Qrad" "Buk" sistemləri, Ukraynaya gətirilib", - deyə baş nazir bildirib.

Qeyd edək ki, son günlər Ukraynanın şərqində döyüşlər yenidən başlayıb. Rusiya meyilli separatçılar ordu qüvvələrinin mövqelərini atəşə tuturlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin