Azərbaycan və Rusiya sərhəd-keçid məntəqələrinin infrastruktur imkanlarının sinxronlaşdırılmasını müzakirə edib.
Bizim.Media bu barədə Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.
Müzakirələr bu gün Azərbaycan DGK-nın sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırovun və Rusiyanın Gömrük Xidmətinin rəhbəri Valeriy Pikalyovun rəhbərlik etdikləri nümayəndə heyətləri arasında keçirilən görüşdə baş tutub.
Tərəflər həmçinin müəyyən mövsümi dövrlərdə yüklərin keçidinin sürətləndirilməsi, yük nəqliyyat vasitələrinin keçidi zamanı yarana biləcək sıxlıqların aradan qaldırılması istiqamətində fikir mübadiləsi aparıblar.
Görüş çərçivəsində nümayəndə heyətləri Rusiya Gömrük Xidmətinin Şimali Qafqaz Gömrük İdarəsinin "Yaraq-Qazmalar" və "Tahirkənd-Qazmalar" gömrük-keçid məntəqələrinin mövcud infrastrukturu, texniki təchizatı, buraxılış imkanları və cari fəaliyyəti ilə yerində tanış olublar.
Görüş zamanı əməkdaşlığın mövcud vəziyyəti müzakirə olunub, perspektiv istiqamətləri müəyyən edilib.
Bizim.Media



































































































