Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən dövlət qeydiyyat nişanı olmayan və çoxavazlı səs siqnalı ilə təchiz edilmiş “Tofaş” markalı, 77-MQ-054 nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Tərlan Əliyev saxlanılıb.
DİN-in Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub.
Müayinə zamanı T.Əliyevin narkotik vasitə qəbul etməsi də müəyyən olunub.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə T.Əliyev 30 sutka inzibati qaydada həbs edilib.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:09 / 30.06.2026
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi – FOTO
Hazırda oxunan: Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi – FOTO
Hazırda oxunan: Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi – FOTO
622329
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































