İran yaxın günlərdə Dohada ABŞ ilə heç bir danışıqlar aparmağı planlaşdırmır.
Bizim.Media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai nazirliyin “Telegram” kanalına bildirib.
"Yaxın günlərdə ABŞ ilə hansısa səviyyədə hər hansı bir danışıqlar planımızda yoxdur. Amerika nümayəndə heyətinin Qətərə səfər etməsi İran nümayəndə heyətinin memorandum müddəalarının icrası istiqamətində işləmək üçün nəzərdə tutulan səfəri ilə bağlı deyil", - deyə nazirliyin rəsmisi bildirib.
Qeyd edək ki, iyunun 29-na keçən gecə "Axios" portalı ABŞ və İran nümayəndələrinin qarşılıqlı zərbələri dayandırmaq barədə razılığa gəldiyini yazmışdı. Bundan əlavə, Vaşinqton və Tehranın iyunun 30-da Dohada Hörmüz boğazı ilə bağlı məsləhətləşmələr keçirməyi planlaşdırdığı barədə məlumat yayılmışdı.
Daha sonra İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi tərəflərin iyunun 30-da Dohada texniki məsləhətləşmələr keçirməyi planlaşdırmadıqlarını bəyan edib.
Bizim.Media



































































































