Qarpız və yemişdə bu əlamətləri görsəniz, ALMAYIN

Hazırda oxunan: Qarpız və yemişdə bu əlamətləri görsəniz, ALMAYIN

622273

Yay mövsümündə qarpız və yemişə tələbat artsa da, bu məhsulları alarkən və istehlak edərkən bəzi vacib məqamlara diqqət yetirilməlidir.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, ilk növbədə məhsulun xarici görünüşü qiymətləndirilməlidir. İstehlakçılar qarpız və yemiş alarkən onun rənginə, bərkliyinə, ölçüsünə və saplağına diqqət yetirməlidirlər. Məhsulun üzərindəki sarı ləkələr onun torpaqla təmas etdiyi hissələri göstərir.
 

Məlumata görə, qarpızın qabığının hamar və parlaq olması onun təzə və yetişmiş olduğuna işarədir. Solğun görünüş isə məhsulun köhnə olmasını göstərə bilər. Saplağın yaşıl olması qarpızın tam yetişmədiyini, qurumuş olması isə yetişdiyini göstərir. Həmçinin qarpız və yemişin üzərində çürük və ya çatların olmaması vacibdir.


Qeyd olunub ki, qarpız və yemiş torpaqla təmasda yetişdiyindən onların səthi müxtəlif mikroorqanizmlərlə çirklənə bilər. Bu səbəbdən məhsullar kəsilməzdən əvvəl axar su altında yaxşıca yuyulmalı, təmiz və quru bıçaqla doğranmalıdır.

İnstitutun tövsiyəsinə əsasən, qarpız və yemiş kəsildiyi gün istehlak edilməlidir. Bütöv qarpızın 10–15°C temperaturda, doğranılmış hissələrinin isə ağzı kip bağlanan qabda +5°C temperaturda saxlanılması məsləhət görülür.

Ətraflı məlumatla Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun rəsmi resursları vasitəsilə tanış olmaq mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin