Britaniyada miqrantlarla bağlı qaydalar sərtləşdi

Hazırda oxunan: Britaniyada miqrantlarla bağlı qaydalar sərtləşdi

622322

Böyük Britaniya hökuməti ölkədə sığınacaq alan miqrantlarla bağlı qaydaları kəskin şəkildə sərtləşdirir. Yeni qərara əsasən, status qazanmış şəxslər işə başladıqdan sonra dövlətin onlara göstərdiyi yaşayış və təminat dəstəyinə görə təxminən 10 min funt-sterlinq (təqribən 13 min dollar) məbləğində vəsaiti geri ödəməli olacaqlar.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı ölkənin daxili işlər naziri Şabana Mahmud açıqlayıb.

Nazirin sözlərindən "BBC News" telekanalı sitat gətirib: "Sığınacaq alan şəxslərə dəstək göstərmək təkcə hüquq deyil, həm də bir öhdəlikdir. İnsanlar cəmiyyətə öz töhfələrini vermək və Britaniya xalqının alicənablığının əvəzini ödəmək imkanı qazanan kimi, biz onlardan bunu etmələrini gözləyirik", — deyə DİN rəhbəri vurğulayıb.
 

Dəqiqləşdirilir ki, qaçqın statusu və ya müddətsiz yaşayış icazəsi olan yetkinlik yaşına çatmış miqrantlar daimi yaşayış hüququ (daimi vizası) üçün müraciət etməzdən əvvəl bu məbləği mərhələli şəkildə dövlət büdcəsinə ödəməlidirlər.


Böyük Britaniya Daxili İşlər Nazirliyi aylıq ödənişlərə başlamaq üçün tələb olunan minimum gəlir həddini hələlik tam müəyyən etməsə də, gələcəkdə bu rüsumun məbləğinə düzəlişlər etmək hüququnu özündə saxlayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin