İsrail İranla yeni bir hərbi qarşıdurma ehtimalını nəzərdən keçirir və hesab edir ki, Tehran SAXAL-ın (İsrail Ordusu) Livandakı fəaliyyətinə cavab olaraq zərbə endirə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə iyunun 29-da müdafiə naziri İsrael Kats hərbi jurnalistlər üçün keçirilən brifinqdə bildirib.
Nazirin sözlərinə görə, İsrail Müdafiə Ordusu artıq İrana qarşı yeni əməliyyata hazırlaşmaq barədə göstəriş alıb.
"SAXAL-a verilən təlimat – İranda "mavi-ağ" əməliyyatına hazırlaşmaqdır", - deyə Kats bəyan edib.
Müdafiə naziri xəbərdarlıq edib ki, yeni gərginlik (eskalasiya) hər an başlaya bilər.
"Əgər əlimizdə İran rəhbərliyinin qərarları barədə etibarlı məlumat olarsa, biz bundan istifadə edəcəyik. Əgər İran bizə raketlərlə hücum edərsə, müharibə elə sabah bərpa edilə bilər. Biz onlara böyük bir güclə cavab verəcəyik – və bu barədə amerikalılar məlumatlandırılıb", - deyə o qeyd edib.
Katsın sözlərinə görə, İranla müharibənin yenidən başlamasının iki mümkün ssenarisi mövcuddur:
"İranla müharibə iki ssenaridən biri üzrə bərpa olunacaq: ya Tramp qərar qəbul edəcək və biz buna qoşulacağıq, ya da onlar bizə atəş açacaqlar – bu, İranla üçüncü müharibə olacaq. İsrailin mövqeyi bəllidir: İsrailin öz ərazisinə raketlərin atılmasına icazə verməsi ağlasığmazdır".
Kats həmçinin bildirib ki, İrana qarşı keçirilən son əməliyyat zamanı münaqişəyə müdaxilə etməli olan xarici qüvvələr mövcud olsa da, sonda bu baş verməyib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:48 / 29.06.2026
Kats: İsrail elə sabah İranla müharibəyə başlaya bilər
Hazırda oxunan: Kats: İsrail elə sabah İranla müharibəyə başlaya bilər
Hazırda oxunan: Kats: İsrail elə sabah İranla müharibəyə başlaya bilər
622270
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































