Uitkoff İranla danışıqlar üçün Qətərə GETDİ

Hazırda oxunan: Uitkoff İranla danışıqlar üçün Qətərə GETDİ

622298

Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff ABŞ-İran danışıqlarında iştirak etmək məqsədilə Qətərin paytaxtı Dohaya yollanıb.

Bizim.Media xəbər verir ki, bu barədə CNN iki amerikalı rəsmiyə istinadla məlumat yayıb.

Uitkoff hazırda Dohaya gedir. Onu ABŞ prezidentinin kürəkəni Cared Kuşnerin müşayiət edib-etmədiyi barədə isə məlumat verilmir.

Tramp daha əvvəl ABŞ və İran nümayəndələri arasında danışıqların çərşənbə axşamı Dohada keçiriləcəyini bildirmişdi. Lakin İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranın yaxın günlərdə Qətərdə ABŞ ilə hər hansı görüş keçirməyi planlaşdırmadığını açıqlayıb.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin