Elşad Qarayevin vəsiyyəti - Video

Hazırda oxunan: Elşad Qarayevin vəsiyyəti - Video

622308

Müğənni Elşad Qarayev vəsiyyətini açıqlayıb.

Bizim.Media xəbər verir ki, sənətçi bu barədə "Bir gün" verilişində danışıb.

"Hər dəfə rayona gələndə qardaşlarımın məzarını ziyarət edirəm. Bu dünyadan hamımız köçəcəyik. Amma köçməyin də özünün bir üsulu var. Bir var desinlər, Allah rəhmət eləsin, bir də var deməsinlər.

Ona görə insan gərək elə yaşasın ki, həmişə ona rəhmət oxusunlar.

Atamdan sonra böyük qardaşım Manaf bizə atalıq edib. Biz 7 qardaş, 1 bacı olmuşuq. İndi 4 qardaşım sağ qalıb. Rəvana və anasına da demişəm ki, məzarım qardaşlarımın yanında olsun. Valideynlərimin və bacımın qəbirləri kənddədir, amma demişəm ki, məni qardaşlarımın yanında dəfn edin" deyə, Elşad Qarayev bildirib. (axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin