Maqnit qasırğası yaxınlaşır- XƏBƏRDARLIQ

Hazırda oxunan: Maqnit qasırğası yaxınlaşır- XƏBƏRDARLIQ

622274

Tədqiqatçılar üç günlük maqnit fırtınası proqnozunu açıqlayıblar. Alimlər yeni həftənin kiçik bir maqnit qasırğası ilə başlayacağı barədə xəbərdarlıq ediblər.

Bizim.Media xəbər verir ki, bu, güclü olmayacaq, lakin təsirini hava şəraitinə həssas olanlar hiss edə bilər.

Kr-indeksinin bu səhər artıq 4.7-yə yüksəldiyi və 5-ə çatdıqda maqnit fırtınasının başlayacağı bildirilir.
 

Proqnoza görə, iyunun 30-da 5 bal gücündə maqnit qasırğası gözlənilir. 5 bal gücündə maqnit qasırğası həm avadanlıqlara, həm də insanların rifahına təsir göstərə bilər. Belə günlərdə bəziləri baş ağrıları, zəiflik, yuxululuq, qan təzyiqinin kəskin artması, diqqətin azalması və qıcıqlanmanın artmasından şikayətlənirlər.


Ürək-damar xəstəlikləri olan insanlar, yaşlılar və hava dəyişikliklərinə həssas olanlar sağlamlıqlarına xüsusilə diqqətli olmalıdırlar.

Xroniki xəstəlikləri və zəifləmiş immunitet sistemi olan insanlar da risk altındadır. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin