Zərgərlər Trampa 321 brilyantlı üzük hədiyyə etdilər – FOTO

Hazırda oxunan: Zərgərlər Trampa 321 brilyantlı üzük hədiyyə etdilər – FOTO

622323

ABŞ Prezidenti Donald Trampa Antverpen Ümumdünya Almaz Mərkəzi (AWDC) tərəfindən üzərində 321 təbii brilyant olan qızıl üzük hədiyyə edilib. Bu qeyri-adi töhfə Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin 250 illik yubileyinə (rəsmi olaraq 2026-cı il iyulun 4-də qeyd olunur) həsr olunub.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı mərkəzin mətbuat xidməti yayıb.

AWDC-nin sədri İsidor Mersel iki tərəf arasındakı sıx iqtisadi əlaqələrə toxunaraq bildirib:

"Amerika Birləşmiş Ştatları uzun nəsillərdir ki, bizim ən mühüm ticarət tərəfdaşımızdır. Antverpendə satılan təbii almazların mühüm bir hissəsi son nəticədə amerikalı zərgərlərə və istehlakçılara çatır. Bu üzüklə biz mövcud güclü iqtisadi münasibətləri qeyd etmək istədik".

Dəqiqləşdirilir ki, eksklüziv üzük tamamilə qızıldan hazırlanıb, üzəri 321 təbii brilyant və 75 digər qiymətli daşla bəzədilib. Qiymətli hədiyyə ABŞ-ın Belçikadakı səfiri Bill Uayta təhvil verilib.

Mərkəzdən xüsusilə vurğulanıb ki, üzüyün hazırlanmasında yalnız təbii brilyantlardan istifadə olunub. Təşkilat rəhbərliyi təbii və süni (laboratoriya şəraitində yetişdirilən) almazların adi gözlə fərqləndirilməsinin qeyri-mümkün olduğunu, lakin onların mənşəyi, unikallığı, dəyəri və statusunun tamamilə fərqli müstəvilərdə dayandığını diqqətə çatdırıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin