"Gözəldir, amma ağzını açmasın"

Hazırda oxunan: "Gözəldir, amma ağzını açmasın"

622262

"Şou-biznesdə kübarlığı qorumaq mənim üçün çətin deyil. Nəyəm, oyam. Çox insan kameraya oynayır, kamera arxasında isə tamam başqa olurlar. Sözümüz də, davranışımız da eyni səviyyədə olmalıdır. Bəzən baxırsan ki, necə gözəldir, amma ağzını açmasa yaxşıdır. Eləsi də var ki, elə mahnı oxuyur...".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Səidə Dadaşova "Afaqla 10lar" verilişində deyib. Sənətçi şou aləmində olan bəzi ifaçıları ikiüzlü adlandırıb.

S.Dadaşova sosial şəbəkələrdəki baxış saylarının sənətin göstəricisi olmadığını da vurğulayıb:

"Bu gün instaqram, TikTok, yutub göstərici deyil. Baxırsan, sənətkara 3 min, tindən dönüb oxuyana isə 10 min baxış gəlib. Məni artıq heç nə təəccübləndirə bilmir. Amma elə insanlar var ki, yenə də təəccüblənirəm".(axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin