Bakıda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində beynəlxalq konfrans keçirilir.
Bizim.Media xəbər verir ki, tədbir "İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi" mövzusuna həsr olunub.
Konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupun rəhbəri Qəzənfər Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin müavini, general-leytenant Şərafətli Həsənov, Beynəlxalq Komissiyasının (ICMP) baş direktoru Katrin Bomberqer, xarici işlər nazirinin müavini, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü Elnur Məmmədov, Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin rəisi, tibb xidməti general-mayoru Rüfət Əliyev, deputatlar və digər rəsmi şəxslər iştirak edirlər.




Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:13 / 30.06.2026
Bakıda itkin düşmüş şəxslər mövzusunda beynəlxalq konfrans KEÇİRİLİR - FOTO
Hazırda oxunan: Bakıda itkin düşmüş şəxslər mövzusunda beynəlxalq konfrans KEÇİRİLİR - FOTO
Hazırda oxunan: Bakıda itkin düşmüş şəxslər mövzusunda beynəlxalq konfrans KEÇİRİLİR - FOTO
622332
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































