Kriptovalyuta bazarında son 24 saat ərzində qarışıq dinamika müşahidə olunub.
Bizim.Media xəbər verir ki, bazar kapitallaşmasına görə ən böyük kriptovalyuta olan “Bitcoin” (BTC) son sutkada 0,34% ucuzlaşaraq 59 617,05 ABŞ dollarına enib.
İkinci ən böyük kriptovalyuta “Ethereum” (ETH) isə 0,73% bahalaşaraq 1 587,49 dollara yüksəlib.
BNB-nin qiyməti 0,10% artaraq 553,89 dollar, Monero (XMR) 1,07% bahalaşaraq 313,86 dollar, “Bitcoin Cash” (BCH) isə 3,43% yüksələrək 200,10 dollar olub.
Digər tərəfdən, “PAX Gold” (PAXG) 2,51%, Tether Gold (XAUt) 2,43%, Bittensor (TAO) 0,38% ucuzlaşıb. “Zcash” (ZEC) isə günün ən çox bahalaşan aktivlərindən biri olub və qiyməti 4,73% artaraq 398,88 dollara çatıb.
Ümumi kriptovalyuta bazarının kapitallaşması 2,07 trilyon dollar təşkil edib ki, bu da əvvəlki günlə müqayisədə 0,01% artım deməkdir.
Bizim.Media




































































































