Nazirdən sertifikasiyada uğursuz nəticə göstərən müəllimlərlə bağlı AÇIQLAMA

Hazırda oxunan: Nazirdən sertifikasiyada uğursuz nəticə göstərən müəllimlərlə bağlı AÇIQLAMA

622340

"Əvvəlki illərdə müəllimlərin işə qəbulu (MİQ) imtahanında yüksək nəticə göstərənlərin demək olar ki, hamısı sertifikatlaşdırmadan da uğurla keçib."

Bizim.Media xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.

Nazir bildirib ki, MİQ vasitəsilə işə qəbul olunan müəllimlərin 66 faizi sertifikatlaşdırma imtahanında 50-dən yuxarı bal toplayıb. Onun sözlərinə görə, bu göstərici həmin müəllimlərin fənn biliklərinin daha yüksək olduğunu göstərir. Nazir vurğulayıb ki, bu, digər müəllimlərin fənn biliklərinin zəif olması demək deyil.

Emin Əmrullayev qeyd edib ki, əvvəlki dövrdə MİQ imtahanından uğurla keçmiş müəllimlərin 99 faizi sertifikatlaşdırma mərhələsində də 30 baldan yuxarı nəticə göstərərək uğur qazanıb.

Nazirin sözlərinə görə, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, xarici dillər, biologiya, kimya, fizika, coğrafiya və informatika müəllimləri üzrə statistikaya əsasən, 9 min 334 müəllim uğursuz nəticə göstərib, 52 min 194 müəllim isə 30-50 bal toplayaraq qənaətbəxş nəticə əldə edib.

Qeyd edək ki, tədbir bu gün ADA Universiterində baş tutub. Tədbir çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev tərəfindən müəllimlərin sertifikatlaşdırılması prosesinin 5 illik nəticələri, birinci dövriyyənin yekunu barədə təqdimat edilib.

Xədicə Paşayeva, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin