40 ildir Məkkədə qalıb – Ölkəsinə qayıda bilmir – VİDEO

Hazırda oxunan: 40 ildir Məkkədə qalıb – Ölkəsinə qayıda bilmir – VİDEO

622319

Təxminən 40 il əvvəl işləmək məqsədilə Səudiyyə Ərəbistanına gedən və məhkəmə qərarı səbəbindən çıxış qadağası qoyularaq Məkkə şəhərində çarəsiz vəziyyətdə qalan 77 yaşlı Türkiyə vətəndaşı Əli Baybaş (Ali Baybaş) ölkəsinə qayıda bilmək üçün rəsmi qurumlardan və xarici işlər nazirliyindən təcili yardım istəyib.

Bizim.Media xəbər verir ki, bu barədə "İhlas Haber Ajansı" (İHA) məlumat yayıb.

Əslən Sivas vilayətinin Gürün rayonunun Kavak kəndindən olan, 1949-cu il təvəllüdlü Əli Baybaş 1980-ci illərin ortalarında Səudiyyə Ərəbistanına yollanıb. İddialara görə, illər önçə orada açılan bir məhkəmə işinin iclasına qatılmadığı əsası gətirilərək krallıq tərəfindən onun ölkədən çıxışına rəsmi qadağa qoyulub.

40 ildir Məkkədə vətən həsrəti ilə yaşayan Baybaş, konsulluğun vaxtilə ona məhkəmə günü barədə məlumat vermədiyini və bu səbəbdən çıxılmaz duruma düşdüyünü bildirir.

Məkkədə yaşayan digər Türkiyə vətəndaşlarının himayəsi və dəstəyi ilə həyatda qalan Əli Baybaş hazırda ağır fiziki xəstəliklərdən əziyyət çəkir.

Müvazinətini itirərək tez-tez yıxıldığını, bədəninin, qolunun, ayağının və belinin bir hissəsinin iflic olduğunu deyən ahıl başındakı yaraların da bu yıxılmalar nəticəsində yarandığını qeyd edib:

"Mən 40 ildir buradayam. Məhkəmə var idi, gedə bilmədim. İndi bədənimin bir tərəfi işləmir, iflicəm. Heç kimim yoxdur. Tək istəyim Türkiyə dövlətinin mənə sahib çıxması və məni buradan aparmasıdır".

Sosial şəbəkələrdə böyük əks-səda doğuran görüntülərdən sonra Türkiyənin Ciddədəki Baş Konsulluğunun və aidiyyəti diplomatik missiyaların qocanın hüquqi statusunun həlli və onun təyyarə ilə vətəninə təxliyə edilməsi üçün Səudiyyə Ərəbistanı rəsmiləri ilə danışıqlara başladığı bildirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin