"Arzum" ləqəbi ilə tanınan tiktokerin səhhətində problem yarandığı bildirilib.
Bizim.Media xəbər verir ki, onun rəfiqəsi sosial şəbəkə hesabında paylaşdığı videoda "Arzum"un vəziyyətinin pisləşdiyini açıqlayıb. Videoda tiktokerin səhhəti ilə bağlı narahatlıq ifadə olunub və onun hazırkı durumu izləyicilərlə bölüşülüb.
Paylaşım qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb. İzləyicilər şərhlərdə tiktokerə şəfa diləyərək tezliklə sağlamlığına qovuşmasını arzulayıblar.
Xatırladaq ki, hadisə 2025-ci ilin iyun ayında paytaxtın Mərdəkan qəsəbəsində baş verib. Yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər həyatını itirib, digər şəxs isə ağır xəsarətlər alıb.
Hazırda hadisə ilə bağlı məhkəmə araşdırması davam edir və iş üzrə yekun qərar hələ açıqlanmayıb. "Arzum" ləqəbli tiktokerə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 264-cü maddəsi (yol-nəqliyyat hadisəsi yerindən qaçma) ilə ittiham irəli sürülüb. (Milli.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:38 / 30.06.2026
Tiktoker Arzumun səhhəti pisləşdi – VİDEO
Hazırda oxunan: Tiktoker Arzumun səhhəti pisləşdi – VİDEO
Hazırda oxunan: Tiktoker Arzumun səhhəti pisləşdi – VİDEO
622338
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































