İranın xarici işlər naziri Abbas Əraqçi İraqın Nəcəf şəhərində İmam Əlinin hərəmini, Kərbəlada isə İmam Hüseynin hərəmini ziyarət edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı sosial mediada kadrlar yayılıb.
Həmin anları əks etdirən görüntülər sosial şəbəkələrdə maraq doğurub. Video qısa zamanda minlərlə baxış toplayıb, istifadəçilər arasında müxtəlif reaksiyalara səbəb olub.
Qeyd edək ki, Həzrət Əbülfəzl Abbasın (ə) ziyarətgahı şiə müsəlmanları üçün ən müqəddəs məkanlardan biri hesab olunur və hər il milyonlarla zəvvar tərəfindən ziyarət edilir.
Xatırladaq ki, İranın xarici işlər naziri Abbas Əraqçi bazar günü - iyunun 28-də İraqa səfər edib.




Bizim.Media



































































































