Türkiyənin İzmir vilayətinin Dikili rayonunda meşə yanğını yaşayış məntəqələrinə çatıb.
Bizim.Media Türkiyə KİV-nə istinadla xəbər verir ki, günorta saatlarında başlayan meşə yanğını güclü küləyin təsiri ilə qısa müddətdə geniş əraziyə yayılaraq yaşayış məntəqələrinə qədər irəliləyib.
Rayonun Çandarlı bölgəsində başlayan yanğın kolluq sahələrə keçib, alovlar "Pelin Sitesi" və
"Zeynep Keşan Evleri" yaşayış komplekslərinin ətrafına qədər çatıb. Yanğının nəzarət altına alınması üçün havadan və qurudan intensiv səylər göstərilib.
İzmir Meşəçilik Regional Müdirliyinə məxsus yeddi təyyarə, səkkiz helikopter, 35 su tankeri və dörd buldozer müdaxilədə iştirak edib.
Alovlar yaşayış məntəqələrinə yaxınlaşdıqca Pelin Sitesi və Zeynep Keşan Evleri ətrafında təhlükəsizlik tədbirləri artırılıb. Bildirilib ki, yanğını nəzarət altına almaq üçün qruplar fasiləsiz işləyir.


Bizim.Media

- A-
- A
- A+
Region
23:22 / 29.06.2026
Türkiyədə meşə yanğını: Alovlar yaşayış məntəqələrinə sıçradı - FOTO
Hazırda oxunan: Türkiyədə meşə yanğını: Alovlar yaşayış məntəqələrinə sıçradı - FOTO
Hazırda oxunan: Türkiyədə meşə yanğını: Alovlar yaşayış məntəqələrinə sıçradı - FOTO
622285
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































