Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini, polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb.
Bizim.Media xəbər verir ki, F.İmrəliyevə general-mayor rütbəsi verilib.
Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatlı Dəstəsinin komandiri olub. Hadrut və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edən F.İmrəliyev Daşaltı əməliyyatı zamanı yaralanıb.
Füzuli İmrəliyev 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adına layiq görülüb. (Unikal.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:09 / 05.11.2026
Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi
Hazırda oxunan: Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi
Hazırda oxunan: Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi
646110
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































