ABŞ-ın Hindistandakı səfiri yeni dövlət katibi olacaq?

Hazırda oxunan: ABŞ-ın Hindistandakı səfiri yeni dövlət katibi olacaq?

646091

ABŞ-ın Hindistandakı səfiri və Cənubi və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Serjio Qor Donald Tramp administrasiyasında yüksək vəzifələrə, o cümlədən dövlət katibi postuna namizəd kimi nəzərdən keçirilir.

Bizim.Media “The Washington Sun” nəşrinə istinadən xəbər verir ki, Qorun Ağ Evin aparat rəhbəri və ya Marko Rubionu əvəz edərək dövlət katibi vəzifəsinə təyin olunması müzakirə edilir.

Nəşrin məlumatına görə, Qor Trampın yaxın tərəfdaşlarından biri hesab olunur. Onun 1986-cı ildə Daşkənddə Sergey Qoroxovski adı ilə doğulduğu bildirilir.

Lakin Serjio Qor özü bu məlumatları təkzib edib. O, yeni vəzifəyə can atmadığını və Marko Rubionu əvəzolunmaz dövlət katibi hesab etdiyini bildirib. Ağ Ev də yayılan məlumatları təkzib edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin