Demokratların ABŞ seçkilərində uğuru Putinin Ukrayna ilə bağlı planlarına təsir edəcəkmi?

Hazırda oxunan: Demokratların ABŞ seçkilərində uğuru Putinin Ukrayna ilə bağlı planlarına təsir edəcəkmi?

646097

ABŞ-da aralıq seçkilərdə Demokratlar Partiyasının uğur qazanması yeni Konqresə Prezident Donald Trampın Moskva ilə yaxınlaşma siyasətini məhdudlaşdıra bilər.

Bizim.Media xəbər verir ki, “The Times” nəşrinin yazdığına görə, demokratlar Konqresə nəzarəti ələ keçirəcəkləri təqdirdə Ağ Evin Ukrayna siyasətini daha ciddi şəkildə araşdıra, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi və Ukraynaya yardımın artırılması ilə bağlı təşəbbüslər irəli sürə bilərlər.

Bununla belə, Tramp prezident vetosu hüququnu qoruyub saxlayacaq. Nəşr qeyd edir ki, Moskva demokratların qələbəsini Tramp administrasiyası ilə münasibətlərinin zəifləməsinin əlaməti kimi qiymətləndirəcək.

Məqalədə həmçinin bildirilir ki, ABŞ-da respondentlərin 60 faizindən çoxu Ukraynaya silah tədarükünü və Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini dəstəkləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin