ABŞ İrana saxta gəmi qeydiyyatı satan şəbəkəyə sanksiya tətbiq etdi

Hazırda oxunan: ABŞ İrana saxta gəmi qeydiyyatı satan şəbəkəyə sanksiya tətbiq etdi

646058

ABŞ İrana məxsus kölgə donanmasının gəmilərini saxta qeydiyyat sənədləri ilə təmin edən şəbəkəyə qarşı sanksiyalar tətbiq edib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilib.

Məlumata görə, sanksiyalar şəbəkə ilə əlaqəli 13 fiziki və hüquqi şəxsə şamil olunub.

Amerika tərəfinin iddiasına əsasən, şəbəkəyə Hindistan vətəndaşı və onun həyat yoldaşı rəhbərlik edib.
 

Onların şirkətləri Qayana, Mozambik, Malavi və Şərqi Timor da daxil olmaqla, bir sıra dövlətlərin adından gəmilərə saxta qeydiyyat sənədləri və sertifikatlar təqdim ediblər. Bu sənədlər sanksiyalardan yayınaraq İran neftini daşıyan gəmilər tərəfindən istifadə olunub.


Bundan əlavə, sanksiyalar Türkiyədə yerləşən və sanksiya tətbiq edilmiş İran aviaşirkətlərinə yerüstü xidmət göstərən şirkətə də şamil edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin