İstanbulda iki metrobus toqquşdu: 6 nəfər yaralandı - Video

Hazırda oxunan: İstanbulda iki metrobus toqquşdu: 6 nəfər yaralandı - Video

646032

Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda iki metrobusun toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Bizim.Media xəbər verir ki, hadisə Namık Kamal məhəlləsində yerləşən Haramidere Sənaye metrobus dayanacağında baş verib.

Sərnişinləri mindirən metrobusa dayanacağa yaxınlaşan digər metrobus arxadan çırpılıb.
 

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılardan ikisinə hadisə yerində ilkin tibbi yardım göstərilib, digər dörd nəfər isə təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıb.


Qəza səbəbindən metrobüs xətlərində hərəkətdə fasilələr yaranıb və uzun növbələr əmələ gəlib. Qəzaya düşən nəqliyyat vasitələri evakuatorla ərazidən götürüldükdən sonra metrobus reysləri normal rejimdə bərpa olunub.


İstanbulda iki metrobus toqquşdu: 6 nəfər yaralandı - Video - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin