ABŞ Senatında demokratların lideri Çak Şumer respublikaçıların seçkilərdə ağır məğlubiyyətindən sonra Donald Trampın siyasi təsirinin zəiflədiyini bildirib.
Bizim.Media xəbər verir ki, Şumer “Tramp dövrünün başa çatdığını” və Senatın artıq ona tabe olmayacağını bəyan edib.
“Tramp Amerika xalqının iradəsinə və ya qanunlara məhəl qoymadığı hər dəfə biz araşdırmalar aparacaq, onu məhkəməyə verəcək və fəaliyyətini çətinləşdirmək üçün bütün mövcud qanunvericilik vasitələrindən istifadə edəcəyik”, – deyə o bildirib.
Demokratların lideri əlavə edib ki, amerikalılar ABŞ-ın İranda nə üçün müharibə apardığını hələ də anlamırlar.
“Tramp bunun səbəbini bir dəfə də olsun aydın şəkildə izah etməyib. O, hər dəqiqə fikrini dəyişir. Bu müharibə başa çatmalıdır”, – deyə Şumer vurğulayıb.
O, həmçinin bəzi respublikaçıların demokratların tərəfinə keçdiyini bildirib.
Bizim.Media































































































