“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu

Hazırda oxunan: “Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu

646036

“Sabah”ın U-19 komandası bu gün UEFA Gənclər Liqasında növbəti oyuna çıxıb.

Bizim.Media xəbər verir ki, Adino Mustedanaqiçin rəhbərlik etdiyi komanda Norveçdə “Vikinq”in müvafiq yaş qrupu ilə üz-üzə gəlib. Görüş Norveç təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. 
 

Qollları Nordbö Middelton (3), Frimponq (6), Kvelvane (32, 40 - penalti) və Sandaker Hagen (48) vurublar.


Hazırda “Sabah” turnir cədvəlində 4 oyundan 0 xalla sonuncu - 36-cı, "Vikinq" isə 9 xalla 6-ci yeri tutur.

Xatırladaq ki, bu klubların əsas komandaları UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda bu gecə Bakı vaxtı ilə saat 00:00-da "Viking Stadium"da üz-üzə gələcəklər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin