Polad Həşimovun anası xəstəxanaya yerləşdirildi

Hazırda oxunan: Polad Həşimovun anası xəstəxanaya yerləşdirildi

646063

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində ciddi problemlər yaranıb.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova məlumat verib.

O bildirib ki, anası hazırda xəstəxanada müalicə alır:

"Anamın səhhətində yaranan problemlər o həddə çatdı ki, onu xəstəxanaya çatdırmağa məcbur olduq. Şəkər, böyrək və ürək çatışmazlığı, eləcə də digər daxili orqanları ilə bağlı ciddi problemlər yaranıb. Hazırda Sumqayıt Şəhər 2 nömrəli Xəstəxanada müalicə alır. Səhhətində müəyyən irəliləyiş var". (Medianews.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin