Iğdırda Azərbaycan və Türkiyə bayraqlarıyla yürüş keçirildi - Video

Hazırda oxunan: Iğdırda Azərbaycan və Türkiyə bayraqlarıyla yürüş keçirildi - Video

646044

Türkiyənin Iğdır vilayətində Zəfər Günü münasibətilə Azərbaycan və Türkiyə bayraqları ilə möhtəşəm "Türkiyə-Azərbaycan Qardaşlıq Yürüşü" keçirilib. 

Bizim.Media-nın məlumatına görə, kütləvi yürüş şəhərin Köhnə Bələdiyyə Meydanından başlayaraq Vali Yolu küçəsinin sonuna qədər davam edib.

İştirakçılar "Bir millət, iki dövlət" şüarı altında hər iki ölkənin dövlət bayraqlarını dalğalandıraraq iki qardaş ölkə arasındakı sarsılmaz həmrəyliyi nümayiş etdiriblər. 
 

Yürüşdə yerli rəsmilər, diplomatik korpusun nümayəndələri və çoxlu sayda Iğdır sakini iştirak edərək bu tarixi qələbənin sevincini birlikdə bölüşüblər. 


Vətən müharibəsində əldə edilən qələbənin 6-cı il dönümünə həsr edilən yürüşdən video görüntüləri təqdim edirik: 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin