Fransa Prezidenti Emmanuel Makron noyabrın 5 və 7-si tarixlərində ölkədə keçirilməsi planlaşdırılan genişmiqyaslı etiraz aksiyaları və tətillər ərəfəsində Müdafiə və Milli Təhlükəsizlik Şurasının iclasını keçirəcək.
Bizim.Media xəbər verir ki, iclas bu gün Yelisey sarayında baş tutacaq.
Müzakirələrin əsas mövzusu qarşıdan gələn etirazlara hazırlıq və ictimai asayişin təmin edilməsi olacaq.
Toplantıda daxili təhlükəsizlik xidmətinin rəhbəri Bertoni, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Mandon və Milli Polisin nümayəndələri iştirak edəcəklər.
Fransa hakimiyyəti iki gün davam edəcək etiraz aksiyaları zamanı iğtişaşların və zorakılıq hallarının baş verə biləcəyindən ehtiyat edir.
Bizim.Media
































































































