Bakıda dələduzluq edən müəllim həbs olunub.
Bizim.Media lent.az-a istinadən xəbər verir ki, 47 yaşlı Zaur Həsənov (soyad şərti) keçmiş şagirdi olan Nəzrinə (şərti adla) İngiltərədə şirkətdə hüquqşünas işinə düzəltməyi vəd edib.
Bu yolla qızdan ümumilikdə 6950 manat pul alıb. Lakin vədini yerinə yetirməyib. Aldığı pulları şəxsi ehtiyaclarına xərcləyib.
Faktla bağlı cinayət işi başlanıb.
Məlumata görə, Zaur Nəzrinə Azərbaycan dili və Ədəbiyyat fənni üzrə orta məktəbdə dərs deyib. Sonradan həmin fənlər üzrə ona repetitorluq da edib. Bundan sonra da müəllimlə şagird arasında dostluq əlaqələri qalıb. Günlərin bir günü Zaur Nəzrinə yazaraq, hazırda nə iş gördüyünü soruşub. Nəzrini İngiltərədə bir şirkətə hüquqşünas vəzifəsində işə düzəldəcəyini söz verib.
Təqsirləndirilən şəxs ifadəsində əməlini etiraf edib. O, əməlindən peşman olduğunu və zərərçəkənə dəymiş ziyanı ödəmədiyini bildirib.
Zərərçəkən şagird də təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu deyib.
Araşdırma zamanı məlum olub ki, Zaur Həsənov əvvəllər də dələduzluq əməli törədib. Yasamal rayon Məhkəməsinin 2026-cı ildə verdiyi qərarla o, 8 il azadlıqdan məhrum edilib. Qərara gəlinib ki, bu cinayət üzrə isə ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə qərarı təyin edilməlidir.
Məhkəmənin qərarı ilə Z. Həsənov üzərində 8 il 2 ay 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Bizim.Media
































































































