Gəncədə BMW kuryeri vurdu

Hazırda oxunan: Gəncədə BMW kuryeri vurdu

646080

Gəncədə mopedlə BMW markalı avtomobil toqquşub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Atatürk prospektində baş verib.

Qəza zamanı mopedin sürücüsü — kuryer fəaliyyəti ilə məşğul olan 27 yaşlı Raqif Mahmudi müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə şəhərində yerləşən Abbas Səhhət adına Birləşmiş Xəstəxanaya yerləşdirilib.

Ona ilkin tibbi yardım göstərilib və vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin