Britaniya daimi yaşayış icazəsi almaq şərtlərini sərtləşir: Müddət 30 ilə qədər uzadılır

Hazırda oxunan: Britaniya daimi yaşayış icazəsi almaq şərtlərini sərtləşir: Müddət 30 ilə qədər uzadılır

646035

Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud parlamentdə daimi yaşayış icazəsinin (ILR) alınması ilə bağlı yeni qaydaları açıqlayıb. Yeni şərtlərə əsasən, bəzi miqrant kateqoriyaları üçün gözləmə müddəti 30 ilə qədər uzana bilər.

Bizim.Media xəbər verir ki, planlara əsasən, miqrantların daimi yaşayış hüququ əldə etmək üçün Böyük Britaniyada yaşamalı olduqları standart müddət iki dəfə artırılaraq 5 ildən 10 ilə çatdırılacaq.
 

Mahmud bildirib ki, sosial müavinət almaq üçün müraciət edən və ya immiqrasiya qaydalarını pozan şəxslər daimi yaşayış icazəsini yalnız 20 ildən sonra əldə edə biləcəklər.


Bundan başqa, kiçik qayıqlarla ölkəyə gələn miqrantlara qarşı da daha sərt tədbirlər tətbiq olunacaq.

İşləyən və ya təhsil alan şəxslər daimi yaşayış icazəsi üçün 20 il gözləməli olacaqlar. Hələ işə düzəlməyən və ya təhsilə başlamayan şəxslər üçün isə bu müddət əlavə 10 il uzadılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin