Avropa Komissiyası Ukraynanın Avropa İttifaqına üzvlük prosesində Moldovadan geri qaldığını açıqlayıb. Buna səbəb kimi korrupsiyanın aradan qaldırılması istiqamətində zəif nəticələr göstərilib.
Bizim.Media xəbər verir ki, bu barədə “Financial Times” Avropa Komissiyasının genişlənmə ilə bağlı illik hesabatlarına istinadən məlumat yayıb.
Hər iki ölkə 2022-ci ildə Avropa İttifaqına üzvlük üçün müraciət edib və o vaxtdan bəri bu istiqamətdə paralel irəliləyib.
Lakin Brüsselin qiymətləndirməsinə görə, Moldova üzvlüklə bağlı danışıqları 2028-ci ilin əvvəlinədək başa çatdırmağa yaxınlaşdığı halda, Ukraynaya bu prosesin tamamlanması üçün daha bir il lazım olacaq.
Avropa Komissiyası Kiyevin islahatların sürətini artırmalı və korrupsiyaya qarşı mübarizədə əhəmiyyətli irəliləyiş nümayiş etdirməli olduğunu vurğulayıb.
Bizim.Media




























































































