20 metrlik ağaclara dırmaşıb, tək-tək yığırlar, kiloqramı 500 manatdır

Hazırda oxunan: 20 metrlik ağaclara dırmaşıb, tək-tək yığırlar, kiloqramı 500 manatdır

641700

Türkiyənin Artvin bölgəsində yüksək ərazilərdə bitən küknar (şam) ağaclarından toplanan təbii şam saqqızının (küknar saqqızı) kiloqramı 7 500 - 10 000 lirə (təxminən 370 - 500 AZN) arasında dəyişən qiymətlə satılır.

Bizim.Media xəbər verir ki, avqust və sentyabr aylarında kəndlilər və çobanlar hündürlüyü 15-20 metrə çatan ağaclara dırmaşaraq saqqızı bıçaq vasitəsilə tək-tək qazıyırlar.

Riskli işçilik məhsulun qiymətini birbaşa artırır.

Ənənəvi olaraq əzilib toz halına gətirildikdən sonra balla qarışdırılaraq istehlak edilən bu məhsul, əsasən mədə və həzm sistemi problemləri olanlar, həmçinin 50 yaşdan yuxarı şəxslər tərəfindən üstünlük verilir. (milli.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin