“Müasir dövrdə təhsil hər bir fərdin, ümumilikdə isə cəmiyyətin, xalqın gələcəyini təmin edən ən əsas sahələrdən biri, bəlkə də birincisidir. Məhz buna görə təhsil dövlət siyasətinin prioritet istiqamətini təşkil edir”.
Bunu Bizim.Media-ya açıqlamasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev deyib.
Onun sözlərinə görə, müasir təhsil ilk növbədə dünya təhsil sisteminə inteqrasiya etməli, elmdə baş verən yeniliklərlə ayaqlaşmalıdır.
Orxan İsayev bildirib ki, bunu etmək üçün ilk növbədə təhsilin dünyəviliyi təmin olunmalıdır:
"Sözsüz ki, dünyəvilik prinsipi təkcə geyimlə ölçülmür. Lakin ilk addımlardan biri də məhz vahid geyim formasının tətbiqidir. Məktəbdə şagirdlər arasında sosial bərabərlik təmin edilməlidir.
Şagird sinifdə özünü digərlərindən fərqli hiss etməməlidir. Bu, hər hansı bir din əleyhinə atılmış addım kimi qiymətləndirilməməli, xalqın inanclı kəsimini süni yollarla dövlət qanunlarına qarşı qoymamalıdırlar. Din və din seçimi azaddır. Bu hüquqdan kimisə məhrum etmək olmaz. Lakin dövlət qanunları da gözlənilməli, təhsil kimi önəmli sahənin inkişafı üçün nizam-intizam qaydalarına ciddi şəkildə riayət olunmalıdır", - o, qeyd edib.
Fəridə, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:28 / 12.10.2026
Orxan İsayev: “Təhsilin dünyəviliyi üçün ilk addımlardan biri vahid geyimin tətbiqidir”
Hazırda oxunan: Orxan İsayev: “Təhsilin dünyəviliyi üçün ilk addımlardan biri vahid geyimin tətbiqidir”
Hazırda oxunan: Orxan İsayev: “Təhsilin dünyəviliyi üçün ilk addımlardan biri vahid geyimin tətbiqidir”
641697
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































