BVF: Süni intellekt dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək

Hazırda oxunan: BVF: Süni intellekt dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək

641722

Süni intellekt texnologiyalarının inkişafı dünya üzrə iş yerlərinin təxminən 40 faizinə təsir göstərəcək.

Bizim.Media xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva Banqkokda keçirilən BVF və Dünya Bankının payız iclasında bildirib.

Onun sözlərinə görə, süni intellekt əmək bazarını köklü şəkildə dəyişdirəcək, bəzi iş yerlərini yeni texnologiyalarla tamamlayacaq, digərlərini isə sıradan çıxaracaq.
 

Georgiyeva inkişaf etməkdə olan ölkələrdə iş yerlərinin 23 faizinin süni intellektdən təsirlənəcəyinin gözlənildiyini qeyd edib.


BVF rəhbəri hökumətləri təhsil sistemini yenidən nəzərdən keçirməyə və təhsilə diqqət yetirməyə çağırıb. O, həmçinin süni intellektin əmək bazarında yaratdığı dəyişikliklərin dövlətlərin vergi gəlirlərinə təsir göstərə biləcəyini vurğulayıb.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin