Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Hazırda oxunan: Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

641696

Oktyabrın 12-də Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bizim.Media “Azərişıq” ASC-yə istinadla xəbər verir ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində yerləşən transformator məntəqəsində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, E.Ağayev, Ə.Əhmədov, Vasif Əliyev və Mehman Bünyadzadə küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərin elektrik enerjisi ilə təchizatı daha keyfiyyətli olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin