Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp Ukraynanı Rusiyanın neft emalı zavodlarına (NEZ) zərbələr endirməkdə və qlobal yanacaq qiymətlərini qaldırmaqda ittiham edərək Ukraynaya "yeni prezident" lazım olduğunu bildirib. Ukrayna XİN rəhbəri Andrey Sibiqa cavab olaraq qeyd edib ki, ölkə rəhbərini yalnız Ukrayna xalqı seçə bilər. Vladimir Zelenski isə xəbərdarlıq edib ki, Ukrayna yalnız Rusiyanın ölkənin energetika infrastrukturunu vurmağı dayandıracağı təqdirdə Rusiya NEZ-lərinə zərbələri dayandırmağa hazırdır. Seçkilərin keçirilməsi üçün isə ən azı 60 günlük atəşkəs tələb olunur.
Bizim.Media “The New York Times” nəşrinə istinadən xəbər verir ki, Trampın tərəflərin "enerji atəşkəsinə" razılaşdığı barədə bəyanatını nə Kiyev, nə də Moskva təsdiqləyib. Rusiya dərhal sonra Xarkovdakı elektrik stansiyasına zərbə endirib.
ABŞ-ın Rusiya dizelinə qoyulan sanksiyaları ləğv etmək planı Avropada (xüsusən Almaniya və Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas tərəfindən) narazılıqla qarşılanıb.
Trampın çıxışları Ukraynada əsasən ABŞ-ın daxili siyasi oyunu kimi qiymətləndirilib. Təhlilçilər və vətəndaşlar qeyd edirlər ki, kənardan gələn bu cür təzyiqlər Zelenskiyə qarşı olanları belə ölkə rəhbərliyi ətrafında birləşdirir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dünən Ukrayna və Rusiya arasında energetika infrastrukturlarına hücumların dayandırılmasını nəzərdə tutan "energetika barışığı" elan edib. O, bu barədə “Truth Social” hesabında paylaşım edib.
Bizim.Media




































































































