İrandan ABŞ-a XƏBƏRDARLIQ: Regiondakı obyektləriniz...

Hazırda oxunan: İrandan ABŞ-a XƏBƏRDARLIQ: Regiondakı obyektləriniz...

641695

İran ABŞ-nin ölkəyə növbəti hücumu baş verəcəyi təqdirdə, regiondakı Amerika texnoloji infrastrukturunun hədəfə çevrilə biləcəyini bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib.

Onun sözlərinə görə, regionda yerləşən ABŞ-yə məxsus sualtı kabellər, məlumat mərkəzləri və süni intellekt infrastrukturu daxil olmaqla, texnoloji obyektlərin ümumi dəyəri 2 trilyon dolları ötür.

Rzayi qeyd edib ki, bu obyektlər hələlik hədəf siyahısına daxil edilməyib, lakin hərbi qarşıdurma yenidən başlayarsa, İran daha genişmiqyaslı tədbirlər görə bilər.

O, həmçinin İranın əlavə hərbi qüvvələr yerləşdirməyə hazır olduğunu bildirib və münaqişənin nəticəsinin ölkənin müqavimətindən asılı olacağını vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin