XXI Bakı Caz Festivalı norveçli musiqiçi Ayven Mazuzenin iştirakı ilə möhtəşəm şou proqramla başa çatıb. Festivalın bağlanış konserti İçərişəhərdə açıq havada keçirilib.
Bizim.Media xəbər verir ki, konsert musiqisevərləri, paytaxt sakinlərini, ölkəmizin qonaqlarını, mədəniyyət və incəsənət xadimlərini bir araya gətirib. Açıq havada keçirilən konsert əsl sürpriz olub. Konsertə giriş sərbəst olduğundan hər kəs bu musiqi axşamında iştirak edib.
Qeyd edək ki, XXI Bakı Caz Festivalı oktyabrın 3-dən 11-dək Bakıda və şəhərdən kənarda keçirilib.
Bu il festivalda 12-dən çox ölkədən sənətçilər iştirak ediblər. Caz həvəskarları konsertləri və birgə improvizasiya ifalarını dinləmək imkanı əldə ediblər. Festivalın son iki günü Qız qalasının yaxınlığında, İçərişəhərdə açıq havada keçirilib.







Bizim.Media

































































































