ABŞ Prezidenti Donald Tramp "Truth Social" səhifəsində Nyu-Meksiko ştatının adının "Nyu-Amerika" olaraq dəyişdirilməsi təklifini dəstəkləyib.
Bizim.Media xəbər verir ki, Ağ Evin rəhbəri bu adın ştat sakinlər üçün daha prestijli və gözəl səsləndiyini bildirərək təklifi bəyəndiyini qeyd edib.
Paylaşıma əlavə olunan süni intellektlə yaradılmış videoda prezident "YMCA" mahnısının sədaları altında yol kənarındakı lövhədə ştatın adını dəyişdirərək rəqs edir.
ABŞ konstitusiyasına əsasən, federal hökumətin ştatların adlarını dəyişmək səlahiyyəti yoxdur. Dəyişiklik üçün qanunverici orqanın və əhalinin referendumda təsdiqi tələb olunur.
Xatırladaq ki, bundan əvvəl prezident Meksika körfəzi və Ontario gölünün adlarını müvafiq olaraq Amerika körfəzi və Amerika gölü kimi dəyişən fərmanlar imzalayıb. Lakin Trampın sələfləri gələcəkdə bu dəyişiklikləri ləğv edən sərəncamlar imzalaya bilərlər.

Bizim.Media

































































































