Putin Ukraynadan nə istədiyini açıq şəkildə bildirdi: “2026-cı ilin sonunadək...”

Hazırda oxunan: Putin Ukraynadan nə istədiyini açıq şəkildə bildirdi: “2026-cı ilin sonunadək...”

635198

ABŞ-ın xüsusi nümayəndələrinin səfərindən sonra Müharibənin Öyrənilməsi İnstitutu (ISW) sülh şanslarını qiymətləndirib. Analitiklər bildiriblər ki, Rusiya rəhbərliyi danışıqlarda əsaslı güzəştlərə getməyə hazır olduğunu nümayiş etdirmir və hərbi yolla maksimalist məqsədlərə çatmağa ümid edir.

Bizim.Media xəbər verir ki, ekspertlərin fikrincə, Putin öz tələblərini irəli sürərkən Rusiyanın döyüş meydanında üstünlüyə malik olduğuna inanır, lakin onun təsəvvürləri təhrif olunub.
 

Hesabatda qeyd olunur ki, Uitkof və Kuşnerin Moskvaya səfərindən əvvəl Kremlə yaxın bir şəxs rus qoşunları Donetsk vilayətinin qalan hissəsini ələ keçirənə qədər sülh sazişinin olmayacağını bildirib.


Həmin mənbə Putinin rus qoşunlarının 2026-cı ilin sonuna qədər bütün Donetsk vilayətini işğal edə biləcəyinə əmin olduğunu qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin