Evində ölü tapılan məşhur aktyorun son anları – VİDEO

Hazırda oxunan: Evində ölü tapılan məşhur aktyorun son anları – VİDEO

635172

Xəbər verdiymiz kimi, türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonunda yaşadığı evdə ölü tapılıb.

Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktyordan xəbər ala bilməyən 50 yaşlı sevgilisi Özlem E. dünən axşam onun evinə gəlib. 

Qapı zənginə cavab verilmədikdən sonra özündə olan açarla mənzilə daxil olan qadın Kılıçı qonaq otağında divanın üzərində hərəkətsiz vəziyyətdə aşkar edib.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları çağırılıb. Həkimlər aktyorun öldüyünü müəyyənləşdiriblər.

İlkin araşdırma zamanı Kılıçın bədənində zorakılıq əlamətləri və xəsarət aşkarlanmayıb. Mənzilə baxış zamanı narkotik vasitə də tapılıb.

Faktla bağlı “şübhəli ölüm” araşdırması başlanıb. Aktyorun ölüm səbəbinin müəyyənləşdirilməsi üçün ekspertiza aparılır.

Jurnalist Çağdaş Evren Şenlik isə Kılıçın ölümündən əvvəlki anlara aid təhlükəsizlik kamerası görüntülərinin yayıldığını bildirib. Kadrlarda aktyorun divara söykənərək lifti gözlədiyi, daha sonra çətinliklə pilləkənlərlə mənzilinə qalxdığı görünür.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin