ABŞ prezidenti Donald Trampın illərdir dəyişməz qalan tanış qızılı-sarı saçları Nyu-Cersiyə səfəri zamanı kameraların obyektivinə nəzərəçarpacaq dərəcədə tünd, qəhvəyi çalarda tuş gəlib.
Bizim.Media xəbər verir ki, bu qəfil imic dəyişikliyi internet istifadəçiləri və jurnalistlər arasında dərhal geniş müzakirələrə yol açıb, həmçinin illərdir səngiməyən parik və ya saç düzümü iddialarını yenidən alovlandırıb.
Maraqlıdır ki, bu hadisədən cəmi bir neçə gün əvvəl Ağ Evdəki tədbirlərin birində Tramp parik taxmadığını xüsusi olaraq vurğulamış və küləkli hava şəraitinin bunun sübutu olduğunu bildirmişdi.
Lakin son görüntülərdən sonra rəsmi qurumlardan və ya onun mətbuat xidmətindən saç rənginin niyə dəyişməsi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:33 / 06.09.2026
Tramp saç rəngini dəyişərək hər kəsi təəccübləndirdi
Hazırda oxunan: Tramp saç rəngini dəyişərək hər kəsi təəccübləndirdi
Hazırda oxunan: Tramp saç rəngini dəyişərək hər kəsi təəccübləndirdi
635125
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































