"Amazon Prime Air" şirkətinin reys üçün yola düşən "Boeing 767-300" yük təyyarəsinin Florida ştatındakı Mayami Beynəlxalq Hava Limanında uçuş-enmə zolağından çıxması nəticəsində azı beş nəfər həlak olub, daha beş nəfər yaralanıb.
Bizim.Media "ABC News"a istinadən xəbər verir ki, bu barədə Mayami-Deyd dairəsinin meri Daniella Levin Kava xəbər verib.
Məlumata görə, yaralılar xəstəxanaya yerləşdirilib.
"Puerto Rikodan yola düşən "Amazon Air"in yük təyyarəsinin Mayami Beynəlxalq Hava Limanında uçuş-enmə zolağından çıxması nəticəsində beş nəfər ölüb, daha beş nəfər yaralanıb", - o, mətbuat konfransında bildirib.
Hadisənin səbəbini Nəqliyyatda Milli Təhlükəsizlik Şurası araşdıracaq.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:21 / 07.09.2026
ABŞ-da dəhşətli təyyarə qəzası – Ölən və yaralılar var – ANBAAN VİDEO
Hazırda oxunan: ABŞ-da dəhşətli təyyarə qəzası – Ölən və yaralılar var – ANBAAN VİDEO
Hazırda oxunan: ABŞ-da dəhşətli təyyarə qəzası – Ölən və yaralılar var – ANBAAN VİDEO
635165
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































