Gəncədə KIA “Opel”lə toqquşdu - Yaralılar var - FOTO

Hazırda oxunan: Gəncədə KIA “Opel”lə toqquşdu - Yaralılar var - FOTO

635116

Gəncədə xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin N.Nərimanov prospektində  baş verib. 

Hərəkətdə olan  "KİA" markalı avtomobillə "Opel" markalı  avtomobil toqquşub. Zərbənin təsirindən "KİA" markalı maşın ağaca çırpılıb. Qəza zamanı  1963-cü il təvəllüdlü Ziyarət Rəşidova, Röyal Rəşidov və daha bir neçə nəfər xəsarət alıb. 

Yaralıların bir qismi özəl xəstəxanalardan birinə yerləşdirilib. 

Faktla bağlı araşdırma başlanılıb.






Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin