Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Təbriz və Cavad Rəfibəyli küçələrinin kəsişməsində baş verib.
Qadın sürücünün idarə etdiyi "Chevrolet" markalı avtomobillə "Prius" toqquşub. Qəza zamanı zərbənin təsirindən "Chevrolet" markalı maşın yol kənarındakı mağazaya çırpılıb.
Nəticədə qadın sürücü müxtəlif bədən xəsarətləri alaraq yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu


































































































