Sağçı siyasətçilərin antaukrayna ritorikasının güclənməsi fonunda Polşada ukraynalılara qarşı hücumların və digər cinayətlərin sayı artmaqdadır.
Bizim.Media xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
Polis məlumatlarına əsasən, 2026-cı ilin ilk yarısında ukraynalılara qarşı etnik zəmində 180 cinayət qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə 30% çoxdur. Fevral-iyun ayları arasında məhkəməyə göndərilən cinayət işlərinin 80%-dən çoxu ukraynalıların əleyhinə olub.
"Politico" bu tendensiyanı cəmiyyətdəki əhval-ruhiyyənin dəyişməsi ilə əlaqələndirir. CBOS-un (Centrum Badania Opinii Społecznej – İctimai Rəyin Öyrənilməsi Mərkəzi) məlumatına görə, ukraynalılara müsbət yanaşan polşalıların payı 2023-cü ildəki 51%-dən 2026-cı ilin yanvarında 29%-ə enib.
Səbəblər arasında Volın faciəsi və UPA daxil olmaqla tarixi mübahisələr, eləcə də ukraynalılara verilən sosial ödənişlər göstərilir.
Antaukrayna mövzusu 2027-ci il parlament seçkiləri öncəsi kampaniyanın nəzərəçarpacaq hissəsinə çevrilir. "Hüquq və Ədalət" partiyasının baş nazirliyə namizədi Pşemıslav Çarnek Kiyevə hərbi yardımların Ukraynanın tarixi siyasəti dəyişənə qədər dayandırılmasını tələb edib.
Bizim.Media


































































































