İran yeni gəmi əleyhinə raketinin ilk sınağını həyata keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai "Press TV"yə istinadən məlumat verib.
Onun iddiasına görə, 48 saat əvvəl "bu xüsusi raket amerikalılara əsl cəhənnəm yaşadıb və onlar qaçıblar".
Siyasətçi ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bu zərbəni gizlədə bilmədiyini qeyd edərək, insidentin Amerikanın dəniz blokadasının həssas olduğunu göstərən xəbərdarlıq olduğunu bildirib.
Bizim.Media
































































































